Wednesday 2 December 2015

Bəstəkar Ruhəngiz Qasımovanın 75 illik yubileyi qeyd olunub FOTO (AZpress.AZ - Rüstəm İsmayılov)

Tarix: 23-11-2015 // saat: 23:51   AZpress.AZ ÖZƏL - EKSKLÜZİV
Rüstəm İsmayılov
 Orqan musiqi zalında bəstəkar Ruhəngiz Qasımovanın anadan olmasının 75 illiyinə həsr...

Orqan musiqi zalında bəstəkar Ruhəngiz Qasımovanın anadan olmasının 75 illiyinə həsr olunmuş tədbir keçirilib.
AZpress xəbər verir ki, tədbiri giriş sözü ilə açan mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bəstəkarı yubileyi münasibətilə təbrik etdikdən sonra ona nazir Əbülfəs Qarayevin adından xatirə hədiyyəsi təqdim edib.
Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə çıxış edərək R. Qasımovanın yaradıcılığı haqqında fikirlərini bölüşüb. Onun Azərbaycan musiqi xəzinəsinə bəxş etdiyi sənət incilərindən danışıb.
Gecədə yubilyarın bəstələri xalq artistləri Fidan Hacıyeva, Azər Zeynalov və digər tanınmış gənc ifaçılar tərəfindən səsləndirilib.





































































No comments:

Post a Comment